Magazin1
“Toya ansambl ilə 5 min manata gedirəm”
“Mənə görə toy tarixini dəyişdirən də var”.
Bu sözləri müğənni Eldar Ələkbərov “Əsl şou” verilişində səsləndirib. Publika.az xəbər verir ki, gündəmdə olan bir sənətçi olmasa da, sənətkarların ona dəyər verdiyini vurğulayıb:
“13 yaşım olanda məni bütün respublika tanıyıb. Əbülfət Əliyevdən, Şövkət Ələkbərovadan, Qulu Əsgərovdan dəstək almışam. Sonradan uzun müddət Rusiyada yaşayıb, kommersiya ilə məşğul olmuşam. Azərbaycana qayıdandan sonra Səfiqə Axundova məni oğlu kimi təqdim edib. Hətta rəhmətlik deyirdi ki, Üzeyir Hacıbəyov sağ olsaydı, səsimdən film çəkərdi. Zeynəb Xanlarova isə canlı yayıma zəng edərək ən çox bəyəndiyi iki səsdən biri mənim səsimin olduğunu bildirmişdi. O, səsimi eşidəndə keçmişini xatırladığını demişdi. İlhamə Quliyeva da eyni fikirdədir”.
İfaçı özünü ümumiyyətlə şou-biznesdə görmədiyini də bildirib:
“Mən nə toy, nə də şou-biznesdə yoxam. Sənətimi anlayan dostlarım mənim biznesimdir. Həmin dostlar sayəsində də yetərincə toylarım var. Toya ansambl ilə 5 min manata gedirəm”.
Qeyd edək ki, “Əsl şou” verilişinin aparıcıları Tahirə Məmmədqızı və Tural Ozandır. Veriliş həftə içi 5 gün saat 11:00-da “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye