Azərbaycanlı müğənni beynəlxalq müsabiqədə münsif olacaq
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni beynəlxalq müsabiqədə münsif olacaq

Müğənni Roza Zərgərli Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə keçiriləcək II “Meykin-Asiya” beynəlxalq festivalına fəxri münsif üzvü qismində dəvət alıb.

Bu barədə publika.az-a məlumat verən müğənni qeyd edib ki, festivalın təşkilat komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və telekanal təmsilçiləri yer alıb.

Festivalda Asiya və Avropanın ən yaxşı ifaçıları ilə bərabər, Azərbaycanın, Türkiyənin, Rusiyanın, Cənubi Koreyanın, Çinin və Yaponiyanın təmsilçiləri iştirak edəcək.

Roza Zərgərlinin verdiyi məlumata görə, ölkəmizin təmsilçisi yaxın zamanda “BEN production” tərəfindən seçiləcək.

Festivalın daha bir sürprizi populyar müğənnimiz ilə bağlıdır. Belə ki, Roza Zərgərli öz ifası ilə festivala yekun vuracaq.

Qeyd edək ki, festival 22-25 iyul tarixləri arasında keçiriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm