Müğənni restoran aldı
Bizi izləyin

Magazin1

Müğənni restoran aldı

Azərbaycanlı müğənni Fəzail Miskinli paytaxtın ən məşhur restoranlarından birinin sahibi olub. Publika.az xəbər verir ki, “Əsl şou” verilişinin qonağı olan müğənni özü bu barədə efirdə məlumat verib.

“Restoranı tamamilə dəyişmişik. Əvvəlki restorandan yalnız ad qalıb. Görüntü, mətbəx və personal baxımından restoranın həyatında dönüş olacaq. İyul ayının 23-ü həm restoranımızın açılışı, həm də mənim solo konsertim olacaq. Biletləri də münasib qiymətə ala bilərsiniz. Biletin qiymətinə restoranda yeyib-içmək də daxildir”.

Qeyd edək ki, “Əsl şou” verilişinin aparıcıları Tahirə Məmmədqızı və Tural Ozandır. Veriliş həftə içi 5 gün saat 11:00-da “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm