Habil Əliyev dincəlmək üçün oranı seçdi
Bizi izləyin

Magazin1

Habil Əliyev dincəlmək üçün oranı seçdi

Xalq artisti, ustad sənətkar Habil Əliyevdən xəbər var. Kaman ustadı istirahətə yollanır.

Publika.az-a bu barədə sənətkarın həyat yoldaşı Şərqiyyə xanım məlumat verib: “Habil səhhəti ilə əlaqədar çox dava-dərman qəbul etdi.

Hələ də həkim nəzarətində dərman qəbul edir. Buna görə də fikirləşdik ki, Azərbaycanın mənzərəli bölgələrinə gedib dincələk. İnşallah, avqust ayında Habili Şamaxı, ya da Şəkiyə aparacağıq. Elə özü də çoxdandır ki, çölə-bayıra çıxmadığı üçün istirahət arzusundadır. Deyir ki, təbiətin qoynuna çıxsam, ürəyim açılar”.

Qeyd edək ki, xalq artisti ürək çatışmazlığından əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm