Əməkdar artist: “Yaşımdan cavan bir qadını oynayıram”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Yaşımdan cavan bir qadını oynayıram”

Əməkdar artist, tanınmış aktrisa Suğra Bağırova yeni filmdə rol alıb.

Bu barədə Publika.az-a danışan aktrisa yeni rolundan məmnun qaldığını deyib: “Uzun illər idi ki, filmə çəkilmirdim. Sonuncu dəfə “Güllələnmə təxirə salınır” filmində rol almışdım. Daha sonra Ramiz Fətəliyevin “13 nömrəli polis şöbəsi" serialında çəkilmişdim. Kino üçün çox darıxırdım, nəhayət ki, yenidən filmə dəvət aldım. Artıq çəkilişlər başlayıb, amma film barədə geniş danışmaq istəmirəm. Çünki müqavilə şərtlərinə görə qadağamız var. Amma 50 yaşlı kübar bir qadın obrazını yaradıram. Onu da deyim ki, yaşımdan cavan bir qadın obrazıdır. Çəkilişlər istədiyim kimi getsə, uğurlu bir film alınacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm