İntim mesajlar Təranəyə baha başa gəldi: “O həbs olunacaq” - ÖZƏL
Bizi izləyin

Magazin1

İntim mesajlar Təranəyə baha başa gəldi: “O həbs olunacaq” - ÖZƏL

Təranə Qumral həbs olunacaq.

Bu barədə Publika.az-a müğənni Nazəninin vəkili Adəm Məmmədov açıqlama verib: “Təranə Qumralla bağlı yenidən məhkəməyə müraciət etmişik. Çünki o, Nazənin xanımın həyat yoldaşı Məhəbbət Həsənovun mətbuatda şəkillərini yayıb, eyni zamanda, əxlaq normalarını aşaraq təhqiramiz fikirlər səsləndirib. Buna görə, Cinayət Məcəlləsinin 147-48-ci maddəsinə əsasən onu cinayət məsuliyyəti gözləyir. Biz onun cinayət məsuliyyətinə cəlb olunaraq həbsinə nail olacağıq, çünki həddini aşıb.

Əslində o yalnız Məhəbbət Həsənovu deyil, insanların hüquqlarını tapdalayıb. Buna görə də cəzasını almalıdır. Üstəlik, üzr istəyib, təzminat ödəməlidir”.

Maraqlıdır, Təranə Qumral uduzduğu ilə bağlı məhkəmə qərarı çıxarılmadığını bildirir.

Vəkil onun qərarla tanış olmadığı üçün belə düşündüyünü bildirib:

“Müğənni Təranə Qumral müsahibə verərək məhkəmədə uduzmadığını deyir. O, həqiqətən də, uduzub, məhkəmənin bu barədə qərarı var və bu müzakirə olunmur. O, qərarı əlinə alıb tanış olandan sonra həqiqəti biləcək. On gün müddətinə də on min manat təzminatı ödəyəcək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm