Anar Məmmədxanovun qızı Avropa üçün geyindi - FOTOLAR
Bizi izləyin

Magazin1

Anar Məmmədxanovun qızı Avropa üçün geyindi - FOTOLAR

Modelyer Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir Azərbaycanın milli geyimlərinə həsr edilmiş layihənin icrasına başlayıblar.

Layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Mərkəzin təsisçisi və direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Publika.az-a bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğatıdır: “Biz qədim geyim ənənələrimizin bütün füsunkarlığını müasir stilizasiya ilə göstərmək istəyirik. Layihədə tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri və hətta məşhur şəxslərin övladları iştirak edəcəklər”.

Bu dəfə layihədə “Bakılı oğlanlar” şən və hazırcavablar komandasının kapitanı Anar Məmmədxanovun qızı Məryəm iştirak edib. O, füsunkar milli geyimlərdə qarşıya çıxıb. Obrazlar üzərində stilist-vizajist, bir sıra milli mükafatların sahibi Səbinə İmanova işləyib.

Layihənin çəkilişləri dünyanın ən iri xalça fabriklərindən biri olan “Azərilmə”nin ərazisində aparılıb.

Qeyd edək ki, Norveçin “2014-cü ilin fotoqrafı” mükafatının sahibi, “Bilder Nordic School of Photography”nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. O, 8 ildir Norveçdə yaşayır və işləyir və bu ölkənin vətəndaşıdır. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm