Prodüserin vurduğu maşının xərcini kim ödəyəcək?
Bizi izləyin

Magazin1

Prodüserin vurduğu maşının xərcini kim ödəyəcək?

Prodüser Sevinc Hüseynova avtomobil qəzası törədib. Hadisə Neftçilər prospektində baş verib. Qəza zamanı prodüserin idarə etdiyi “Nissan Murano” markalı avtomobil “Hyundai” markalı avtomobil ilə toqquşub.

Hadisə zamanı heç kəs xəsarət almayıb.


Publika.az-a açıqlama verən prodüser deyib ki, əslində, xəbərin yayılmasını istəmirmiş: “Çünki mən belə şeylərlə gündəmə gəlməyi sevən insan deyiləm. Sosial şəbəkədə olan jurnalist dostlarım xəbəri ictimailəşdirdilər. Narahat olan tanışlarıma demək istəyirəm ki, şükür Allaha, salamatam və xəsarət alan yoxdur. Təki gələn canımıza deyil, malımıza gəlsin”.


Prodüser həmçinin idarə etdiyi avtomobilin sığortalı olduğunu, dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini də bildirdi.


“Avtomobilimi isə aldığım gündən sığortalatdırmışam. Həm mənim, həm də toqquşduğum avtomobilin zərərini siğorta şirkəti ödəyəcək. Əslində, heç avtomobillərə də böyük zərər dəyməyib”.


Xatırladaq ki, Sevinc Hüseynova bir neçə il Günay İbrahimli ilə çalışıb. Daha sonra Rəqsanə ilə də çalışan prodüser hazırda müğənni Gülay Zeynalova ilə işləyir.


İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm