Müğənnilərin Xəzərdə çimməsinə mane olan nədir?
Bizi izləyin

Magazin1

Müğənnilərin Xəzərdə çimməsinə mane olan nədir?

“Görüş yeri” verilişinin qonağı olan müğənnilər Gülay Zeynalova və Niyam Salami yay istirahətlərindən danışıblar. Xanım sənətçi Azərbaycanda istirahət etməyi sevsə də, dənizdə çimmək üçün xaricə üz tutur. O düşünür ki, indi hər kəsin fotokameralı telefonu olduğundan dənizdə onun şəkillərini çəkə bilərlər.


“Azərbaycanımızın gözəl bölgələrini dünyanın heç bir yeri ilə əvəz etmək olmaz. Amma Azərbaycanda dənizə getdiyim yadıma gəlmir. Tanınmış sima və xanım olduğumdan Bakıda dənizə istirahətə getmirəm. Hamının əlində telefon var”.


Müğənni Niyam isə sərbəst ola bilməsə də, kişi olduğu üçün belə bir kompleks yaşamadığını bildirib.


“Sərbəst ola bilmirəm. Kompleksim də yoxdur. Şüvəlanda da gedib çimmişəm”.


Qeyd edək ki, “Görüş yeri” verilişi həftə içi hər gün saat 11:00-da “Space” telekanalında yayımlanır.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm