Günel sübut üçün arxiv FOTOsunu üzə çıxartdı
Bizi izləyin

Magazin1

Günel sübut üçün arxiv FOTOsunu üzə çıxartdı

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova sosial şəbəkədə 17 il əvvəl çəkilən fotosunu paylaşıb. Fotodan da aydın görünür ki, keçən 17 il yalnız Günelin xeyrinə işləyib. Belə ki, ötən illər ərzində daha da gözəlləşən ifaçı indiyədək heç bir cərrahi və estetik müdaxilə etmədiyini də bildirib. 13 yaşlı Günellə bugünkü Günelin fərqi yalnız qaşlarındadır:


“Uşaqlıq şəklimdir. 1998-ci il. Şəkildə 13 yaşım var. Hazırda 2015-ci ildir. Bu fotonu heyranım göndərib. Mən də paylaşmaq istədim. Burada yalnız qaşlarım boldur. Bu illər ərzində yeganə dəyişiklik qaşlarımı təmizləməyimdir. Bu qədər... Estetik əməliyyat varmı? Dişimdə, burnumda, çənəmdə nəsə dəyişib? Vallah yox... Mən də böyüdüm. Amma yenə də şəkər kimiyəm. Kaş məktəbdə dostlarım bilərdilər ki, belə olacağam. Hər birimizin belə fotoları vardır”.


İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm