Günay İbrahimli və prodüseri Tamilla niyə ayrıldı? - SƏBƏB
Bizi izləyin

Magazin1

Günay İbrahimli və prodüseri Tamilla niyə ayrıldı? - SƏBƏB

Gənc müğənni Günay İbrahimli ilə prodüser Tamilla Hüseynəliyevanın işbirliyinə son qoyması haqda xəbər yayılıb. Publika.az-ın əməkdaşı prodüser ilə əlaqə saxlayıb. O, xəbəri təsdiq edərək, işlərinin çox olmasından belə addım atmalı olduğunu bildirib.

“Dost kimi ayrıldıq. Hətta Günay ilə işbirliyinə başlayanda demişdim ki, mən çox yerə gedə bilməyəcəyəm. Məclislərə belə vaxtında gedə bilmirdim. Mənim özümün menecerim var. İşlərimin çoxunu o yerinə yetirir. Mənim başım hazırda öz işlərimə qarışıb. Günaya isə işlərində uğur arzu edirəm. Əsas odur ki, qarşılıqlı anlaşma əsasında ayrıldıq”.

Bundan başqa, “T Production” şirkətinin rəhbəri olan prodüser tezliklə televiziya layihəsini təqdim edəcək.

“Yeni mövsümdən həmin layihəm də işıq üzü görəcək. Bu səbəbdən işlərim ikiqat çoxdur. Tezliklə bu barədə də açıqlama verəcəyəm”.

Xatırladaq ki, Tamilla Hüseynəliyeva ötən həftə Publika.az-a müsahibəsində hər bir prodüserin şirkətinin olmasının vacib olduğunu vurğulayıb.

“Düşünürəm ki, hər prodüserin şirkəti olmalıdır. Bu gün imzasız, möhürsüz heç bir addım atmaq mümkün deyil. Artıq şirkətimin möhürü də var. “T Production”ın ilk məhsulu Günay İbrahimlinin albomu oldu. Yavaş-yavaş irəli gedəcəyik. Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər də bizimlə çalışacaq.”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm