Türkiyəyə müayinə üçün gedən Xoşqədəm Hidayətqızı Bakıya gəldi
Bizi izləyin

Magazin1

Türkiyəyə müayinə üçün gedən Xoşqədəm Hidayətqızı Bakıya gəldi

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Türkiyədən geri dönüb, özü də tək deyil, həyat yoldaşı Doğuşla.

Publika.az xəbər verir ki, Doğuş xanımı ilə avtomobildə çəkdirdiyi fotosunu özünün “İnstagram” səhifəsində paylaşıb və bu sözləri yazıb:

“Neçə günlük ayrılıqdan sonra, həyatım məni evimizə aparır. Yəni uzun, incə bir yoldayıq. Evimiz üçün çox darıxmışdım”.

Qeyd edək ki, bir müddət öncə Xoşqədəm Hidayətqızı özünün “İnstagram” səhifəsində Türkiyəyə müayinəyə gedəcəyini yazaraq, insanların ona dua etməsini istəmişdi. Xanım aparıcı hətta vəsiyyət də etmişdi. Amma o, xəstəliyi barədə heç nə deməmişdi.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm