Magazin1
“İnstagram” Elgiz Əkbərdən üzr istədi
ANS telekanalının məşhur teleaparıcısı Elgiz Əkbərin “İnstagram” hesabının haker hücumu nəticəsində sındırılması haqda xəbər vermişdik. Hətta bununla əlaqədar o, hüquq mühafizə orqanlarına müraciət etmək niyyətində idi.
Ötən gün isə Elgiz Əkbərin adıçəkilən sosial şəbəkədəki hesabı
yenidən bərpa olunub. Məsələ ilə əlaqədar
publika.az telejurnalistlə əlaqə saxlayıb. O,
sevincini bizimlə bölüşdü:
“İnanılmaz hadisə baş verdi. Bəlkə də, “İnstagram” tarixində belə
bir şey olmayıb. Çətinliklə də olsa, hesabımı bərpa etmək mümkün
oldu”.
Şirkətə yazılı məktubla müraciət etdik. Onlar mənim həqiqi Elgiz
Əkbər olduğumu təstiq etmək üçün mobil telefonuma şifrə
göndərdilər. Sonra həmin şifrəni əlimdə tutaraq şəkil çəkdirib
yenidən onlara göndərdim. Bununla da məsələ yekunlaşmadı. Xarici
passportumun da surətini göndərdim. Beləliklə, çətinliklə bunu
reallaşdırdıq. Bu işdə Şəhriyar Tağızadə mənə kömək oldu. Ona dərin
minnətdarlığımı bildirirəm”.
Teleaparıcı hesabının niyə bağlanmasına da aydınlıq gətirib.
““İnstagram” şirkəti tərəfindən bizə məlumat verildi ki, çoxsaylı
insan mənim profilimi şikayət edib və rəsmi hesabımı yalançı hesab
kimi qələmə veriblər. Bu səbəbdən də hesabım bağlanıb. Amma onlar
tərəfindən tələb olunan bütün sənədlərin surətini göndərdikdən
sonra məndən üzr istədilər”.
Lakin aparıcını sevindirən təkcə bu olmayıb. O həmçinin Bakı şəhər
Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 140
illiyi münasibətilə Fəxri Fərmana layiq görülüb.
İsa Şükürov
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...