Seyidcahan Misir ilahəsi oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

Seyidcahan Misir ilahəsi oldu - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan yeni obraz yaradıb. Budəfəki obrazını yaradarkən o, Misir xalq yaradıcılığından ilhamlanıb. Belə ki, ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” layihəsində Seyidcahan Misir ilahəsi obrazını canlandırıb.

Heç vaxt səhnədə sadə görünüşdə olmayan müğənni münsif olduğu həmin layihəni geyimi ilə çoxdan kölgədə qoyub. Publika.az-a açıqlama verən əməkdar artist deyib ki, məhz yenilikləri ilə Elza Seyidcahan olduğunu sübut edir:

“Məni əbəs yerə ekstravaqant adlandırmırlar. Bir çoxlarının edə bilmədiklərini mən gerçəkləşdirirəm. Bəlkə də, fikirləşirlər, amma reallaşdırmağa özlərində cəsarət tapa bilmirlər. Mən isə eksperimentdən qorxan və çəkinən deyiləm. Belə olmasaydım, yəqin, heç Seyidcahan da olmazdım”.

Publika.az ifaçının yeni obrazda fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm