“Görüş yerində” Ağdam anıldı - FOTOLAR
Bizi izləyin

Magazin1

“Görüş yerində” Ağdam anıldı - FOTOLAR

Bu gün “Görüş yeri” verilişi qan yaddaşımız olan Ağdamın işğalının 22 illiyinə həsr edib. Verilişə gələn qonaqlar da Ağdamla bağlı xatirələrini danışıb. Belə ki, verilişdə qonaq qismində gələn ağdamlı sənətkarlar dəvət olundu. Əməkdar artist Təyyar Bayramov, xalq artisti, bədii qiraətçi Azad Şükürov Ağdamla bağlı xatirələrini dilə gətirdi. Ağdamın işğalı günü “Görüş Yerində” Fatimə Fətəliyevanın ifasında “Sarı gəlin” milli rəqsi təqdim olundu. Təyyar Bayramovun ifasında Qarabağ şikəstəsi də ifa olunub.

Qeyd edək ki, “Görüş yeri” verilişi həftə içi hər gün saat 11:00-da “Space” telekanalında yayımlanır.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm