Teatr Xadimləri İttifaqında “Teatrşünaslar laboratoriyası” fəaliyyətə başlayacaq
Bizi izləyin

Magazin1

Teatr Xadimləri İttifaqında “Teatrşünaslar laboratoriyası” fəaliyyətə başlayacaq

Azərbaycan Teatr Xadimləri İttifaqı yeni mövsümdə bir sıra yeniliklərə hazırlaşır.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib ki, yeni mövsümdə “Teatrşünaslar laboratoriyası” fəaliyyətə başlayacaq.

Xalq artisti deyib: “Dramaturgiya sahəsində gənc kadrların yetişdirilməsində maraqlı olan qurum hazırda “M.F.Axundzadə adına laboratoriya” dərsləri vasitəsilə yaşlı nəslin təcrübələrini ardıcıllıqla yeni nəslə çatdırır. Teatr Xadimləri İttifaqı dramaturgiya ilə yanaşı, rejissorluq istiqamətində də gənc kadrlar hazırlayır. Ali məqsədimiz Azərbaycan teatr məktəbinin güclənməsidir”.

Qeyd edək ki, Teatr Xadimləri İttifaqında hazırda dramaturgiya və rejissorluq laboratoriyaları fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm