Müğənni Günay İbrahimli oxumaq üçün nəyi gözləyir?
Bizi izləyin

Magazin1

Müğənni Günay İbrahimli oxumaq üçün nəyi gözləyir?

Müğənni Günay İbrahimli xeyli vaxtdır sürdürdüyü sükutu pozmaq üçün yayın bitməsini gözləyir. Publika.az-a açıqlamasında gənc müğənni 3 yeni mahnı üzərində işlədiyini bildirib. O, hər üç mahnının uğuruna inandığını da vurğulayıb:

“Onlardan biri bəstəkar Aygün Səmədzadəyə, biri Tərlan Məmmədhəsənova, üçüncüsü isə gənc bəstəkar Elvinə aiddir. Biri-birindən fərqlənən bu üç mahnının hər birinin seviləcəyinə əminəm. İndi onları çıxardıb zay etmək istəmirəm. Düzdür, deyirlər ki, yaxşı mahnının vaxtı yoxdur. Ancaq yayda hamı istirahətdə olur. Odur ki, ola bilsin ki, mahnılarımı avqust ayında sevənlərimin ixtiyarına verdim”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm