Azisin Bakı konserti baş tutdu – FOTOLAR/VIDEO
Bizi izləyin

Magazin1

Azisin Bakı konserti baş tutdu – FOTOLAR/VIDEO

Dünya şöhrətli bolqar müğənni Azisin Bakı konserti baş tutdu.

Müğənni sevənlərini kifayət qədər gözlətməyi bacarıb. Publika.az-ın konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, saat 21:00-da başlayan konsertə müğənni saat 23:00-da çıxıb.

Azisdən öncə isə səhnəyə azərbaycanlı skripaçlar çıxaraq dünya şöhrətli mahnıları ifa edib. Daha sonra DJ Çina da səhnəyə çıxaraq konsertə gələnlərin könlünü oxşamağı bacarıb.

Azisi gözləməkdən gözünün kökü saralan tamaşaçıları gecə saat 11-də konsertin aparıcısı Seyran Babayev sakitləşdirib. Səbirsz tamaşaçıları görən Seyran auditoriya ilə səmimi söhbət edərək onların könlünü oxşamağı bacarırdı.

Və nəhayət Azis səhnəyə çıxdı... Bu coşqunu sözlə yox, gözlə görmək daha yaxşı olardı. Tamaşaçılar sözün əsl mənasında əsl konsert izlədi. Müğənni mahnılarını fonoqramla ifa etsə də, canlı səsini də eşitmək olurdu.

Səhnədə Azisi peşəkar rəqqaslar müşayət edirdi.Tamaşaçılarından razı qalan Azis dəfələrlə Bakıda, Azərbaycanda olmağından məmnun olduğunu bildirirdi.

Müğənni tamaşaçılarla olduqca səmimi idi. Onu ayaqüstə alqışlayan heç bir tamaşaçını demək olar ki, narazı salmadı. Şəkil çəkdirmək istəyənlə şəkil, rəqs etmək istəyənləri isə səhnəyə dəvət etdi.

Konsertin ilk hissəsi bitdikdən sonra isə ikinci hissə daha möhtəşəm oldu. Müğənninin səhnə şousu, geyimləri və hit mahnıları hələ uzun müddət yaddaşlarda qalacaq.

Sonda isə Azis səhnədə diz çökərək hər kəsin qarşısında baş əydi.

Konsertin təşkilatçısı “Xəttab Organization” şirkətinin rəhbəri Samir Xəttabdır.

Publika.az konsertdən foto və video görüntüləri təqdim edir.

İsa Şükürov

Fotoqraf Fərhad Əhmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm