Qəbələdə İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti
Bizi izləyin

Magazin1

Qəbələdə İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar- G.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten və S.Rahmaninovun əsərləri səsləndirilib. Ümumilikdə 800-ə yaxın tamaşaçının iştirak etdiyi gecədə İtaliya Simfonik Orkestri ilə yanaşı, Azərbaycan musiqiçiləri Nərmin Nəcəfli (piano), Kamran Omarlı (violin), Toğrul Hüseynli (piano), gürcüstanlı Elisso Bolkvadzenin (piano) çıxışı da maraqla qarşılanıb.

Qeyd edək ki, 30 ildən çoxdur fəaliyyət göstərən İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi kollektivlərindəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm