Elzanın şeirinə şeirlə cavab verdilər
Bizi izləyin

Magazin1

Elzanın şeirinə şeirlə cavab verdilər

Əməkdar artist, bəstəkar Elza Seyidcahan yeni şeirini təqdim edib. Publika.az xəbər verir ki, əməkdar artistin yeni şeiri “Mən dəlinin rəssamı” adlanır. İfaçının əvvəlki şeirləri kimi bu şeiri də sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, Elzanın bu şeirinə oxucularından biri cavab şeiri yazıb.

Publika.az hər iki şeiri təqdim edir.

Mən dəlinin rəssamı

Ən çox sevdiyim rəssamım
Məni yaradıb da
Mən hansı rəssamın işinə baxım?
Aradım da
Gözəlliklər yaradan tanrım
Səni yaradıb da
Mən sən rəssama necə baxım?
Onu yaradıb da
Səttarı, Leonardonu, Dalini,
Mən dəlini, sarı gəlini
Suya batırıb da
Göyə aparıb
Yaşadıb da
Mən hansı şəklə baxım?
Bəstəkarım
Rəssamım
Dahi şairim
Tanrım
Bizi yaradıb da
Nə olar
Diqqətli olun da
Siz də mənim kimi,
Valeh olun da
Həzrəti İsa kimi
Saleh olun da
Mənim atam kimi
İtkin bir
Taleh olun da
Leyli Məcnun kimi
Ustad olun da
Olun da
Sadiq olun da
Bir parçalanmamış
Tarix olun da
Biz insan olanda
Gözəllik olun da
Hər yanda
O anda içimizə atanda
Tanrı onu duyanda
Bizdə baş verən anda
Abşeronda, Turanda
Məşəl yanır Sananda
Sülh var olur hər yanda
Bax, hər yeri yaradıb da?
Kainatı yaradanda
O çoxunu aparıb da
O bizləri aparardı
O onları aparıb da
Bir gün bizi aparanda
Çox istərdik oturardıq
O yanda
Bu yanda
İstədiyimiz hər yanda
Allah bizi yaradıb da

Diqqət çəkən məqam isə sosial şəbəkədə müğənninin izləyicilərindən birinin şeirlə Elza Seyidcahana cavab yazması olub.

“Mənim qurban olduğum, sənətkarım yenə yaradıb da,

Öz sətirləri ilə dərin mənalar yaradıb da,

Gözəlliyi ilə məni yaşadıb da…

Allah onu belə yaradıb da.

Hər gün məni özünə yenidən bağlayıb da,

Varlığı ilə məni göylərə uçdurub da,

Bu insan sənətkardır da”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm