Azərbaycanlı müğənni beynəlxalq festivalın bağlanış mərasimində çıxış edib
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni beynəlxalq festivalın bağlanış mərasimində çıxış edib

Publika.az xəbər verir ki, məşhur azərbaycanlı müğənni Roza Zərgərli II İssık-Gül beynəlxalq festivalının “Meykin Asiya” mahnı yarışmasınının bağlanış mərasimində çıxış edib.

Müğənni “Qəlbdən sevən” mahnısını ifa edib. Onu da qeyd edək ki, festivalda ikinci yerə layiq görülən təmsilçiyə diplomu Roza Zərgərli təqdim edib.

Festivalın təşkilat komitəsinin üzvləri sırasına dövlət məmurları, incəsənət xadimləri, nazirliklərin nümayəndələri ilə yanaşı, Roza Zərgərli də daxil olub. Müğənni festivala fəxri münsif olaraq dəvət olunub.

Qeyd edək ki, yarışmada Azərbaycanı təmsil edən müğənni Yaşar Yusub beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm