Yenicə ana olan Elmira Ələkbərzadədən etiraf
Bizi izləyin

Magazin1

Yenicə ana olan Elmira Ələkbərzadədən etiraf

Müğənni Elmira Ələkbərzadə sevgi etirafı edib. Publika.az xəbər verir ki, yenicə ana olan müğənni anasına status həsr edib. Statusdan görünən odur ki, ana olandan sonra müğənni anasının qədrini bilməyə başlayıb:

“Uşaqlıqda anam üstümü örtəndə deyinirdim ki, mənə istidir. Anam mənə “qurban sənə, əynini qalın geyin, soyuqdur”, - deyəndə deyinirdim. Əl çək, mənə istidir. Gələcək ana kimi artıq bütün bunları anlamağa başlayıram. Ana, sənə qurban olaram mən! Sənə bu canım qurban olsun. Sən bizim ən böyük varlığımızsan!”

İfaçı sosial şəbəkədəki divar və profil şəkillərini anası ilə olan fotoları ilə əvəz edib. Publika.az həmin fotoları təqdim edir.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm