Xalq artisti: “Atamın qorxusundan onu yastığın altında gizlədirdim”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Atamın qorxusundan onu yastığın altında gizlədirdim”

Xalq artisti Yalçın Rzazadə nostalji hisslərə qapılıb.

Müğənni Publika.az-a uşaqlıq illərindən danışıb:

“Uşaq vaxtı musiqiyə böyük marağım vardı, gitarada ifa etməyi çox sevirdim. Anam da məni dəstəkləyirdi və mənim musiqiçi olmağımı çox istəyirdi. Amma atam çox zəhmli və köhnə kişilərdən olduğundan müğənni olmağımın əleyhinə idi. İstəyirdi ki, mühəndis olum. Hətta mənim gitaramı sındırıb, demişdi ki, heç vaxt musiqiçi olmayacaqsan. Amma anam mənə ikinci gitaranı aldı və mən o gitaranı atamın qorxusundan yastığımın altında gizlədirdim. Qorxurdum ki, tapıb, yenidən sındırar”.

Xalq artisti tanınmış müğənni olduğuna görə anasına minnətdar olduğunu da etiraf edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm