Məhkəmə qərar verdi: Aygün Kazımova üzr istəmədi, amma...
Bizi izləyin

Magazin1

Məhkəmə qərar verdi: Aygün Kazımova üzr istəmədi, amma...

Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi arasında məkhəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, məhkəmə nəhayət uzun sürən çəkişmə haqqında qərar qəbul edib.

Qanunun aliliyini hər şeydən üstün tutduğunu deyən Aygün Kazımova da məhkəmənin çıxartdığı qətnaməni qəbul edib. Məhkəmənin qərarında isə Aygün Kazımovadan Hatavandan üzr istəmək deyil, onun barəsində dediklərini təkzib etmək tələb olunub.

Məhkəmə qərarını xalq artisti Aygün Kazımova rəsmi instagram səhifəsində yerinə yetirib. O, Natavan Həbibi haqqında dediklərini təkzib edib:

“Mənim canlarıma atəşli salamlar. Qeyd edim ki, mən öz səhifəmdə Natəvan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin, uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək, Natavan Həbibi barədə dediyimi təkzib edirəm. Sizin Aygün Kazımova”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm