Əməkdar artist: “Yaxşı olsaydın, səni Gəncədən qovmazdılar” - İTTİHAM
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Yaxşı olsaydın, səni Gəncədən qovmazdılar” - İTTİHAM

“Azdrama” ilə “Yuğ” Teatrının yaradıcı heyəti arasında yaşanan qalmaqal getdikcə qızışır. Başqa teatrların da qocaman aktyorlarının öz həmkarlarına qahmar çıxması sözügedən teatrın digər aktyorlarını bir az da ürəkləndirib. Hər kəs “Yuğ”un baş rejissoru Gümrah Ömərdən ittihamlara cavab verməyi tələb edib.

Publika.az-a açıqlama verən əməkdar artist Ələsgər Məmmədoğlu baş rejissora qəzəbini belə ifadə edib:

“Sən “Yuğ”un baş rejissorusansa, get öz işinlə məşğul ol. Sənə kim ixtiyar verib ki, Akademik Milli Dram Teatrının aktyorlarını təhqir edirsən? Hansı tamaşaların uğur gətirib, indiyə qədər iki tamaşa qoymusan, onlar da bərbad vəziyyətdədir. Yaxşı rejissor olsaydın, Gəncə Teatrından səni qovmazdılar. Orda iki il işləyə bilmədin. Çünki özünü doğrultmadın. Sən kimsən axı, qocaman sənətkarlar barədə deyəsən ki, səhnədə yeriyə bilmir, qocalıb əldən düşüblər. Əgər onlar pis aktyordursa, niyə tamaşaların 90 faizində əsas rollarda çıxış edirlər? Bu teatrın adına ləkədir, insanlarda pis təsəvvür yaradır”.

Əməkdar artist Gümrah Ömərin tez bir zamanda cavabının verilməsini tələb edib:

“Bildiyimə görə, teatrın direktoru İsrafil İsrafilov onu yanına çağıraraq, mətbuatda bu cür açıqlamasına görə məzəmmət edib. Teatrımızın qocaman aktyorları çox narahatdır, hətta aralarında səhhətləri pisləşənlər də var. Niyə teatr aləmində adı-sanı olmayan bir insan ağzına gələni danışmalıdır, sənətkarlarımızın yaradıcılıq əhval-ruhiyyəsini korlamalıdır?”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm