İlhamə Qasımovaya irad tutdular
Bizi izləyin

Magazin1

İlhamə Qasımovaya irad tutdular

Publika.az xəbər verir ki, "Space" telekanalının "Görüş yeri" verilişində şair Anarla müğənni İlhamə Qasımova görüşüblər. "Görüş yeri"nin şahidlərindən biri də müğənni Rüfət Axundov olub. Aparıcı Tahirə Məmmədqızı ilə Tural Ozanın qonaqlara ünvanladığı suallardan sonra şair Anarla müğənni arasında fikir mübadiləsi yaranıb.

İlhamə Qasımova poeziyanı sevmədiyni dilə gətirib. Veriliş boyu aparıcılar son illər "sənətə gələnlər niyə repertuarlarında əcnəbi musiqilərə meyl edirlər" sualına cavab axtarmağa çalışıblar. "Görüş yeri" verilişinin qonaqlarının isə məsələyə yanaşması fərqli olub. Şair İlhamənin əcnəbi dildə ifasını heç cür başa düşmədiyini dilə gətirib. İlhamə Qasımova şairlərdən Baba Vəziroğlunu tanıdığını vurğulayanda şair Anar özündən çıxdı:

"Axı müasir, sizin yaşıdlarınız olan yetərincə şairlərimiz, yazıçılarımız var, onları niyə tanımırsız?"

Bu gərgin anları isə müğənni Rüfət Axundov maraqlı ifaları ilə sakitləşdirməyə çalışıb.

Xatırladaq ki, veriliş həftə içi 5 gün, saat 11:00-dan 13:00-a qədər yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm