Dünya şöhrətli müğənni Bakıda konsert verəcək
Bizi izləyin

Magazin1

Dünya şöhrətli müğənni Bakıda konsert verəcək

Dünya şöhrətli ingiltərəli müğənni Love Deep T Bakıya gəlir. Müğənninin Bakıya səfərinin məqsədi konsert proqramı ilə çıxış etməkdir.

Konsertin təşkilatçısı Samir Xəttab Publika.az-a açıqlamasında bildirib ki, Love Deep T Azərbaycanda məşhur olduğundan Bakıya konsert proqramı ilə çıxış etmək üçün dəvət olunub:

“Konsert vermək üçün tələbatlı müğənnilər seçilməlidir. Bu zaman əsas diqqət müğənninin repertuarına verilir. Love Deep T-nin mahnıları isə təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurdur. Daim dünya hit paradlarının ilk pillələrində olub. Bu səbəbdən o, Azərbaycana dəvət olunub”.

Love Deep T 8 avqustda əyləncə məkanlarından birində konsert verəcək.

Qeyd edək ki, müğənni 90-cı illərdən dünya musiqisinə ilk addımlarını atıb. Ona ən uğur gətirən mahnısı “Casablanca” və “Big love” mahnıları olub.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm