Brilliant Dadaşovanın yeni albomu - AUDİO
Bizi izləyin

Magazin1

Brilliant Dadaşovanın yeni albomu - AUDİO

Xalq artisti Brilliant Dadaşovanın bir neçə ildir ki, Türkiyədə hazırlanan “Mənim dünyam” adlı albomu “YouTube” videoizləmə portalına yerləşdirilib. Alboma 15 mahnı daxildir. Bütün mahnılarda xalq artistini Türkiyədə yaşayan, azərbaycanlı balaban ifaçısı Əlixan Səmədov müşayiət edib.

Publika.az xəbər verir ki, “Seyhan Müzik”də yığılan albom elə həmin şirkətin öz kanalına yerləşdirib. Üzücü hal isə budur ki, bir aydan artıqdır ki, albom internetdə olsa da, bu haqda xəbər yayılmayıb. Ona görə də, mahnılar, demək olar ki, dinləyicilərinə çatmayıb. 15 mahnıdan heç biri 500 baxış sayı belə yığmayıb.

Publika.az Brilliant Dadaşovanın “Mənim dünyam” albomuna daxil olan mahnıları təqdim edir.

Həmin mahnıları aşağıdakı linkdən dinləyə bilərsiniz.

https://www.youtube.com/playlist?list=PLv1IHMWhDn5YyozDkOwAo9TWV2fsbMDzh

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm