Magazin1
İlham Mirzəyevin həbs müddəti 1 il azaldıldı

Ali Məhkəmədə həbsdə olan teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kasasiya şikayəti qismən təmin edilib və teleaparıcının barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarını iyulun 22-də açıqlayıb və İlham Mirzəyevin cəzası 3 il 6 aya endirib.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq