Bu gün Müslüm Maqomayevin doğum günüdür - ANIM
Bizi izləyin

Magazin1

Bu gün Müslüm Maqomayevin doğum günüdür - ANIM

Bu gün - avqustun 17-də Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür.

Publika.az xəbər verir ki, Müslüm Maqomayev 1942-ci ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

2008-ci il oktyabrın 25-də Moskvada vəfat edən müğənni doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm