Magazin1
Habil Əliyevin səhhəti qəfil dəyişdi
Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və dünənə qədər vəziyyəti ağır qiymətləndirilən xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhətində müsbət irəliləyiş var. Xalq artistini nəinki süni nəfəs aparatından ayırıblar, hətta danışır, özü sərbəst qidalanır.
Bu barədə Publika.az- a Habil Əliyevin qızı Vəfa xanım məlumat verib:
“İndicə atamın yanında idim. Şükür Allaha, bu gündən səhhəti yaxşılaşıb. Süni nəfəs aparatından ayırıblar. Əvvəllər zond vasitəsi ilə qidalanırdı, indi özü yeyir, danışır. Anam Şərqiyyə xanım bir neçə saat yanında qalıb. Atam ona diqqət və qayğı göstərdiklərinə, səhhətini nəzarət altında saxladıqlarına görə ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya xüsusi təşəkkürünü bildirib. Həkimlərə, onun üçün narahat olan xalqımıza minnətdarlıq edib”.
Sənətkarın rearnimasiyadan nə vaxt çıxarılacağına gəlincə, qızı bu barədə hələ ki, həkimlərin qəti qərar vermədiiyni deyib.
Qeyd edək ki, xalq artistinin vəziyyəti ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətindədir. Onlar hər gün Habil Əliyevin səhhəti, müalicəsi və sağlıq durumu ilə bağlı məlumatlandırılır.
Cəvahir Səlimqızı
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir