Həkimlərdən ayağı kəsilən xalq artisti ilə bağlı QƏRAR
Bizi izləyin

Magazin1

Həkimlərdən ayağı kəsilən xalq artisti ilə bağlı QƏRAR

Elmi-Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Muxtar Maniyevin səhhətində müsbət irəliləyişlər olsa da, aktyor hələ palataya köçürülməyib. Həkimlər onun durumunu orta-ağır qiymətləndirirlər.

Bu barədə Publika.az-a sənətkarın həkimi, reanimatoloq Elmira xanım məlumat verib.

Muxtar Maniyevin özünü yaxşı hiss etdiyini deyən həkim aktyorun palataya köçürülməsi ilə bağlı hələlik qərar verə bilmədiyini bildirib:

“Elmi-Cərrahiyyə Mərkəzinin bütün tibb personalı Muxtar Maniyevin müalicəsinə cəlb olunub. Xəstəxanaya gətiriləndə ağır vəziyyətdə olan sənətkarın hazırda durumu orta-ağır qiymətləndirilir. Şəkərli-diabet xəstəliyindən əziyyət çəkdiyindən Muxtar müəllimin damarlarında ciddi problemlər var. Ümumi vəziyyəti yaxşıdır, qidalanır, ola bilsin, 4-5 günə evə buraxdıq. Amma reanimasiyadan palataya köçürülməyəcək, çünki burada onun üçün fərdi şərait yaradılıb. Amma ev şəraitində də həkim nəzarətində müalicəsi davam etdiriləcək”.

Bəs, aktyor nə vaxt sağalıb ayağa qalxacaq?

Həkim bu barədə danışmağın hələ tez olduğunu bildirib:

“Qabaqcadan söyləmək çətindir. Belə xəstələr uzun müddət müalicə kursu keçməlidir. Sonradan yarana biləcək fəsadlarla bağlı indidən nəsə söyləmək çətindir. Əsas odur ki, hazırda müalicəsi müsbət nəticə verir.”

Qeyd edək ki, M. Maniyev ürək, qan dövranının pozulması və şəkər xəstəliklərindən əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm