Xalq artisti: “Aktyorun rejissoru saymaması teatrın fəlakətidir”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Aktyorun rejissoru saymaması teatrın fəlakətidir”

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov “Azdrama”da aparılan kadr təyinatına böyük ümid bəsləyir. O, baş rejissor və bədii rəhbər təyin edilən həmkarı Azərpaşa Nemətovun tez bir zamanda teatrda pozulan yaradıcı mühiti bərpa edəcəyinə inandığını vurğulayıb.

Publika.az-a açıqlama verən xalq artisti həmkarını təbrik edib:

“Azərpaşa istedadlı, eyni zamanda məsuliyyətli rejissordur və uzun illərdir ki, Azərbaycan səhnəsində mükəmməl tamaşaların quruluşçu rejissorudur. Atası Zəfər Nemətov da milli teatrımızda xüsusi xidmətləri olan rejissor olub. “Azdrama”da Hamlet kimi tamaşa hazırlayan Azərpaşanın bütün aktyorları öz ətrafında birləşdirəcəyinə əminəm. Mən həmişə tələbələrimə də demişəm ki, aktyorun rejissoru saymaması teatrın fəlakətidir. Aktyor həmişə rejissora hörmət etməlidir. İnanıram ki, aktyorlarımız Azərpaşanın ümidlərini doğruldacaq”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm