Rəqsanəyə ŞOK cəza: 300 min dollar cərimələndi
Bizi izləyin

Magazin1

Rəqsanəyə ŞOK cəza: 300 min dollar cərimələndi

Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.

Rəqsanə İsmayılovanın vəkilləri Xaliq Bağırov və Cavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.

Qeyd edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da, təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.

Nizami Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.

Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm