Magazin1
Onu görmək üçün hamı ora axışacaq
Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabrın 14-də Gəncədə keçiriləcək. Təntənəli mərasimi görmək üçün həmin gün hamı ora axışacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a
bildirilib ki, Gəncə Dövlət Dram və Gəncə Dövlət Kukla teatrlarının
da yaxından iştirakı ilə təşkil olunacaq təntənəli mərasimə rəsmi
şəxslər, tanınmış incəsənət xadimləri, respublikada fəaliyyət
göstərən teatrların rəhbərləri qatılacaqlar.
Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət
Dram Teatrının Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi
əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olacaq.
Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada
əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər
Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər
aktyorlar ifa edirlər.
Cəvahir
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək