Fərda Xudaverdiyev: “Şükür Allaha, acından ölmürük”
Bizi izləyin

Magazin1

Fərda Xudaverdiyev: “Şükür Allaha, acından ölmürük”

Aktyor Fərda Xudaverdiyev qazancından danışıb.

Publika.az-a açıqlama verən aktyor qazancının şou-proqramlardan deyil, toylardan çıxdığını etiraf edib:

“Azərbaycanda ən yaxşı şou proqram təqdim edən mənəm.

Əslində, “Top kimi şou”dan qazandığımdan daha çox pullar qazana bilərəm. Amma bunu eləmirəm. Çünki istəyirəm xarici ölkələrdən izləyənlər desinlər ki, Azərbaycanda belə şou veriliş də var. Mən şou-proqramlara da getmirəm. Çünki dəyərimizdən qat-qat aşağı məbləğ təklif edirlər. Bu pula gedib üç-dörd saat özünü əzməyə dəyməz. Toya, el şənliklərinə gedirəm. Qazancım da toylardan çıxır, şükür Allaha, acından ölmürük. Türkiyədə aktyorların qazandığı qədər qazana bilməsək də, dolanırıq”.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm