Mətanət Elgizə rəqib gəlir
Bizi izləyin

Magazin1

Mətanət Elgizə rəqib gəlir

ATV və ANS arasında gedən soyuq müharibə artıq teleməkanın bütün sahələrini əhatə edib. Hər fürsətdə bir-birini vurmağa çalışan iki aparıcı telekanalın reytinq uğrunda mübarizəsi maraqlı gedişlərlə müşayiət olunmaqdadır.

Publika.az xəbər verir ki, ANS-in kişi siması və ən baxımlı aparıcılarından olan Elgiz Əkbərin “Günəbaxan” verilişi artıq yeni televiziya mövsümünə başlayıb. Verilişin başqalarından 1 həftə tez başlamasının səbəbi hamıda sual doğurub. Bunun səbəbini etibarlı mənbədən əldə etdiyimiz bir məlumat müəyyən qədər izah edir. Belə ki, ATV telekanalı həmin saatda efirə “Günəbaxan”ın keçmiş aparıcısı İlqar Mikayıloğlunu deyil, ATV-nin ən baxımlı və ən çox müzakirə olunan “Gündəlik” verilişinin aparıcısı, 18 illik ANS təcrübəsi olan Mətanət Əliverdiyevanı çıxardacaq. Beləliklə, Mətanət Əliverdiyeva 14 sentyabrdan etibarən hər səhər saat 10:00-12:00 arası ATV-də səhər verilişini aparacaq.

Mətanət Əliverdiyeva Publika.az-a açıqlamasında bu haqda heç bir söz demək istəmədiyini bildirib:

“Yeni verilişim haqda heç bir məlumat verməyəcəyəm. İnşallah, 14 sentyabrdan görərsiniz, yazarsınız”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm