Əməkdar artist övladlarından danışdı
Bizi izləyin

Magazin1

Əməkdar artist övladlarından danışdı

İki uşaq anası olan əməkdar artist Nüşabə Ələsgərli övladlarından danışıb.

Publika.az xəbər verir ki, "Xəzər" telekanalının qonağı olan müğənni nəsilliklə istedadlı olduqlarını vurğulayıb:

“İstedad bizdə irsidir. Babam məktəb direktoru olub. Nəslimizdə hamı müəllimdir. Bizdə ali savadın əhəmiyyəti böyükdür. Ötən il övladlarım universitetə qəbul oldu. Bu, mənim üçün təəccüblü deyildi. Onlardan belə bir addım gözləyirdim. Bilirdim ki, onlar məsuliyyətlidir. Nə vaxt ailə məclisimiz olurdusa, getmirdilər ki, dərs oxumalıyıq. Övladlarımı heç nəyə məcbur etməmişəm. Bir sinfdə oxuyurdular. Ötən il məktəbi bitirdilər. Uşaq yaşlarından onlara məsləhət görürdüm ki, pis vərdişlərdən uzaq olsunlar. 17 yaşlarına qədər məsləhət vermişəm. Ondan sonra özləri düzgün qərar veriblər".

Qeyd edək ki, Nüşabə Ələsgərlinin Orxan və Nigar adlı iki övladı var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm