Magazin1
Müğənni İzzət Bağırov: “Onu harada olsa, tapıb həbs etdirəcəm”
“Onu harda olsa, tapıb həbs etdirəcəm”.
Bu günlərdə müğənni İzzət Bağırov belə bir bəyanatla çıxış edib. Onu özündən çıxaran isə bir saxtakardır.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə müğənninin adından saxta profil açanlardan narahat olan və əsəblərinə hakim ola bilməyən ifaçı həmin şəxslərlə qanun çərçivəsində mübarizə aparmağı düşünür:
“Son günlər başım konsert hazırlıqlarına qarışıb. Ona görə də sosial şəbəkədə yazılanlara vaxtlı-vaxtında cavab verə bilmirəm. Bundan sonra məndən inciməsinlər. Bir nəfər mənim adımdan profil açıb. Onu harada olsa, tapıb həbs etdirəcəm. Hamı bilsin ki, o, mənim səhifəm deyil. Belə haqsızlıq olmaz. Hətta öz səhifəmdə də həmin saxta profil sahibinin tərəfini saxlayanlar var. Mənə dəstək olmaq əvəzinə, konsert öncəsi məni əsəbiləşdirirlər. Hazırda əleyhimə çox böyük kampaniya aparılır. İnsanlar məni sarsıdır. Amma Allah hər kəsin cəzasını verəcək. Haqqıma girirlər, ağıllarına gələni yazırlar. Axı nədi bizi bu günə qoyan? Bir neçə il əvvəl belə deyildik. Niyə vəhşiləşmişik? Tanrının intiqamından çəkinmirsiniz? Allah məni pis insanların şərindən, nəfsindən qoruyacaq. Çünki mən onu çox sevirəm. Heyfsilənirəm insanların halına. Mən erməni yox, azərbaycanlıyam”.
Qeyd edək ki, ifaçı bu ay solo-konsert proqramı ilə çıxış edəcək.
İsa
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO