Magazin1
İlhamə Quliyeva: “Şok açıqlamalar yayacam!”
Xalq artisti İlhamə Quliyeva illər əvvəl ifa etdiyi və möhürünü vurduğu “Neyləmişəm” mahnısını kim oxusa, onun haqda şok açıqlamalar yayacağını bildirib.
Publika.az xəbər verir ki, ATV telekanalına müsahibəsində xalq artisti növbəti dəfə xəbərdarlıq edib: “Hər dəfə mənim “Neyləmişəm” mahnımı oxuyanda, həmin ifaçı haqda serial şəklində şok açıqlamalar verəcəyəm”.
Özünü ələ ala bilməyən İlhamə Quliyeva çoxlarına yerini göstərib: “Bir nəfərə sual verirlər ki, “Neyləmişəm” mahnısını İlhamə xanım oxuyub?" O da cavab verir ki: "Hə, o da oxuyub". Daha sonra türkiyəli bir müğənninin adını çəkir ki, guya mahnını həmin müğənnidən eşidib, sonra özü də ifa edib. Sən, ümumiyyətlə, nə danışırsan? Sən kimə nağıl danışırsan? Sən də oxumusan! Özü də pis oxumusan! Bərbad oxumusan! Olmayan səsinlə pis günə qoymusan. Ağlınızı başınıza yığın! Kiminsə buynuzu gicişirsə, getsin divara sürtsün. Mənim buynuzumu gicişdirməsinlər”.
İlhamə xanım mahnını başqalarının da ifa etməsinə sərt təpki göstərməsinə bir daha aydınlıq gətirib: “Fikrət Əmirov İlhamə üçün yazıb o mahnıları. Həmin mahnıların əlyazmaları mənim evimdədir. Bir neçə müğənni o cür əsəri cikkildəyə-cikkildəyə oxuyub. Bunun ilk ifaçısı əgər mənəmsə, əlbəttə ki, məndən icazə almaq lazımdır. Ola bilər ki, Fikrət Əmirovun övladı var və hüquqlar ondadır. Olsun. Amma övladı bilməlidir ki, atasının ruhunu incidənlər var. Əgər hüquqdan danışsaq, onun da əlyazmaları məndə var. Fikrət Əmirovun mənim üçün yazdığı çoxsaylı mahnılar var. “Mən səni araram”, “Göygöl”, “Neyləmişəm”, “Toy mahnısı”, “Gülür ellər” və s.”
Xatırladaq ki, bir neçə ay əvvəl “Neyləmişəm” mahnısını xalq artisti Brilliant Dadaşova ifa edib.
İsa Şükürov
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər