Çexiya və Azərbaycanın ən seksual aparıcıları bir arada
Bizi izləyin

Magazin1

Çexiya və Azərbaycanın ən seksual aparıcıları bir arada

Çexiyanın və Azərbaycanın ən seksual aparıcıları görüşəcək.

Bu barədə məşhur azərbaycanlı teleaparıcı Zemfira Adıgözəlova Publika.az-a açıqlamasında məlumat verib. Praqada istirahətdə olarkən təsadüfən Çexiyanın NOVA TV telekanalının əməkdaşları ilə tanış olan aparıcı orada iş təklifi aldığı ilə bağlı deyilənləri gülərək təkzib edib: “Çexiyaya işləməyə deyil, istirahətə gəlmişəm. Bilirsiniz ki, “Bacanaqlar” serialının yeni mövsümündə özümü aktrisa kimi də sınayıram. Serialın baş qəhrəmanı Elməddin Həcc ziyarətinə getdiyindən serialın çəkilişlərinə 20 gün fasilə verilib. Fürsətdən istifadə edib mən də istirahət üçün Çexiyaya yollandım. Burada təsadüfən NOVA TV telakanalının əməkdaşları ilə tanış olduq. Söhbət əsnasında bildim ki, onların da seksual aparıcısı var. Hətta bizi görüşdürmək istədilər. Alınsa, Çexiyanın ən seksual aparıcısı Azərbaycanın ən seksual aparıcısı ilə görüşəcək. Praqada olmadığından görüşümüz hələ baş tutmayıb. Amma layihənin baş redaktoru ilə görüşüb söhbətləşdik. Onlarla təcrübəmizdən danışdıq”.

Teleaparıcı Praqada vaxtının çoxunu mədəni istirahətə ayırdığını da əlavə edib: “Praqa tarixi şəhərdir. Çoxlu görməli və gəzməli məkanları, tarixi abidələri var. Çalışacağam ki, Bakıya dönənədək şəhəri tam gəzim”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm