Əjdər Həmidov: “Məni soyuq tər basdı”
Bizi izləyin

Magazin1

Əjdər Həmidov: “Məni soyuq tər basdı”

Əməkdar artist Əjdər Həmidov tamaşaçıların yersiz zarafatlarından gileylənib.

Publika.az xəbər verir ki, aktyor “Kişi sözü” filmində canlandırdığı obraza görə hətta təhqir olunduğunu bildirib: “Bir gün bir kişi yaxınlaşıb dedi ki, “Salam, Əjdər müəllim. Hərçənd sən salam veriləsi adam deyilsən, amma mən sənə salam verirəm”. Kişinin bu sözündən məni soyuq tər basdı. İlk dəfə idi o kişini görürdüm. Dedim ki, siz nə danışırsınız? Bu, nə danışıqdır? Mən sizi ilk dəfədir görürəm. Cavab verdi ki, guya mən onu təhqir etmişəm. Kinoda demişəm ki, “Nəbi dayı kişi deyil!”. Sən demə, bu kişinin də adı Nəbidir. Həyatda Nəbi adını daşıyan yüzlərlə adam var. Bir də ki Nəbiyə həmin sözləri Qasım deyib. Mən real həyatda Qasım deyiləm, Əjdərəm. Bu qədər gərginlikdəın sonra dedi ki, zarafat edir. Bu cür zarafatları qəbul etmirəm. Ətrafımda olan bütün insanlar da bu dialoqa tamaşa etdi. Əlbəttə, bu adama xoş gəlmir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm