Əməkdar artist doğum günündə kövrəldi: “Hələ gözləyirəm”
Bizi izləyin

Magazin1

Əməkdar artist doğum günündə kövrəldi: “Hələ gözləyirəm”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayevanın doğum günüdür.

Publika.az-a müsahibəsində aktrisa yaş üstünə yaş gəldikcə doğum günlərinin sevincinin də azaldığını deyir: “Əvvəllər doğum günlərimdə çox şən olurdum, indi isə o qədər də şux əhvalda deyiləm. Amma sevinirəm ki, uşaqlarım, dostlarım ətrafımdadır. Arzularım çoxdur. Özümə cansağlığı arzulayıram, çünki insan üçün ən vacibi sağlamlıqdır. Aktrisa kimi arzularım çoxdur. Xoşbəxt aktrisayam, çünki bir çoxlarına nəsib olmayan tamaşalarda oynamışam. Amma hələ gözləyirəm, oynamadığım rollar qalıb. Çox sevdiyim öbrazları yaratmaq istəyirəm. Amma o rolların adını deməyəcəyəm, reallaşsın sonra”.

Əməkdar artist sevdiyi hədiyyələrdən də danışıb: “Sevdiklərimdən hədiyyələr gözləyirəm. Ən çox xoşladığım hədiyyə çiçəklər və fransız ətirləridir. Yəqin ki sevdiklərim o hədiyyələri mənə bağışlayacaqlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm