Yalçın Rzazadə müdafiəyə qalxdı: “Deyib, əcəb eləyib” - QALMAQAL
Bizi izləyin

Magazin1

Yalçın Rzazadə müdafiəyə qalxdı: “Deyib, əcəb eləyib” - QALMAQAL

Gənc müğənni Safanın sözləri müəlliməsini özündən çıxarıb.

Belə ki, Safanın dünən klipinin təqdimatında Yalçın Rzazadəni özünə ustad saydığını deməsi təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində ona dərs deyən müəlliməsi Gülnarə Məmmədovanı əsəbiləşdirib. O, Publika.az-a müraciət edərək “Safa Yalçın Rzazadənin deyil, mənim tələbəmdir”, - deyərək etirazını bildirib. Gülnarə xanım Safanın saxtakarlıq etdiyini, onun heç bir zaman Yalçın Rzazadənin tələbəsi olmadığını, böyük sənətkarın adından istifadə etdiyini deyib. Müəllimə hətta bu "saxtakarlığa" və tələbəsinin onun deyil, Yalçın müəllimin adını çəkdiyinə görə onu cəzalandıracağını da bildirib.

Xalq artisti, sevilən sənətkar Yalçın Rzazadə Publika.az-a açıqlamasında Safanın müdafiəsinə qalxaraq onu həqiqətən özünün yetirməsi hesab edib. Sənətkar bir müəllim kimi yetirməsinin uğuruna sevindiyini bildirib: “O həqiqətən də, mənim yetirməmdir, haqlı olaraq təqdimat mərasimində məni özünə ustad sayıb”.

Yalçın Rzazadə Safanın mütəmadi olaraq onun dərslərinə qatıldığını da qeyd edib: “Safa Mədəniyyət və İncəsənət Universitetində rəhbərlik etdiyim kafedranın tələbəsidir. Kafedranın bir çox tələbələri sənətin sirlərinə yiyələnmək üçün fərdi olaraq yanıma gəlir, məndən öyrənirlər. Safa da bu məqsədlə dərslərimdə iştirak edib, bilmədiklərini öyrənməyə çalışıb. Onlar hamısı mənim yetirmələrimdir. Mən onların uğurlarına sevinirəm. Bu uşaqlar, təbii ki, kafedrada digər müəllimlərdən də dərs alırlar. Amma xoş günlərində - uğur qazananda öz müəllimləri ilə yanaşı, ustadı olaraq adımı çəkirlərsə, bu, məni sevindirir. Mən istedadlı yetirməm Safanın uğurlarının daha da artmasını arzulayıram. Əgər o, ilk klipinin təqdimat mərasimində məni özünə ustad sayıb, onun müəllimi olduğumu deyibsə, əcəb eləyib”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm