Mənsum İbrahimov 55 yaşını Qarabağda qeyd edəcək
Bizi izləyin

Magazin1

Mənsum İbrahimov 55 yaşını Qarabağda qeyd edəcək

Xalq artisti, səhnəmizin məcnunu Mənsum İbrahimovun doğum günüdür.

“55”-in kürəyini yerə vuran sənətkarımız doğum günü arzularını Publika.az-la bölüşüb: “Hər şey gözəldir. Gecə saat 12-dən ta indiyə qədər durmadan zəng edirlər, təbriklər alıram. Allahıma şükür edirəm ki, xalqım, dövlətim mənə belə qiymət verib. Yubileyimi də inşallah, oktyabrın 5-də Ağdamın Quzanlı kəndində qeyd edəcəyəm. Cəbhə bölgəsində Vətənə xidmət edən əsgərlər və qaçqınlarla bir yerdə olacağam. Bakıdan mənimlə bərabər Qarabağdan olan sənətkarlar-Arif Bababayev, Nəzakət Teymurova, Aygün Bayramova,Təyyar Bayramov, Cabir Abdullayev, Səbuhi İbayev və digər həmkarlarımı da Ağdama aparacağam. Çoxdankı arzum idi ki, 55 yaşımı Ağdamda keçirim”.

Xalq artisti ən böyük arzusunu da dilə gətirərək kövrəlib: “Ən böyük arzum Qarabağın azad olunmasıdır. Gün o gün olsun torpaqlarımız özümüzə qayıtsın və mən də gedib Qarabağımda muğamlarımızı havalandırım. O gün uzaqda deyil”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm