• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Roza satışa çıxardı, qiyməti 1000 manat - FOTOLAR

  • Magazin1
  • 2 Oktyabr 2015 12:15
  • 1 622 Baxış
Roza satışa çıxardı, qiyməti 1000 manat - FOTOLAR

Müğənni Roza Zərgərli jurnalistləri ətrafına toplayaraq maraqlı təşəbbüslə çıxış edib.

Publika.az xəbər verir ki, müğənni onlayn alış-veriş saytı ilə əməkdaşlığa başlayaraq geyinmədiyi paltarları satışa çıxarıb. Məqsədi isə xeyriyyəçilikdir: “Təsadüfən bu işləri həyata keçirən şirkətlə tanış oldum. Şirkət Ukraynada yerləşir. Artıq çap olunmayan bir neçə kitabı həmin sayt vasitəsilə tapdım. Kitablara cəmi 7 manat pulum çıxdı. Beləcə, tanışlığımız baş tutdu. Fikirləşdim ki, onların xidmətindən biz də istifadə edə bilərik. Müğənnilər paltarlarını auksiona deyil, sadəcə, satışa çıxarırlar. Bu yolla əldə etdiyimiz qazancı da xeyriyyə məqsədi ilə xərcləyərik. Burada təkcə müğənnilər deyil, hər kəs iştirak edə bilər. Şəxsən mən, əldə etdiyim vəsaiti uşaq evlərindən birinə sərf edəcəyəm”.

Müğənni ilk addımı özü ataraq “Atəş” mahnısının klipində geyindiyi qara rəngli, qiymətli qaşlarla bəzədilmiş eksklüziv libasını satışa çıxarıb: “Bu geyimimi sayta daxil olub sifariş etmək olar. Satış qiyməti 1000 manatdır. Həmin paltarı 5 min manata almışam. Dünyasını dəyişmiş əcnəbi dizaynerin işi olan paltarın ikincisi yoxdur və olmayacaq”.

Müğənni sonda bir-birinin ünvanına xoşagəlməz sözlər deyərək hər kəsin diqqətini özünə çəkən həmkarlarına da ismarış göndərib: “Son zamanlar müğənnilər atmacalarla gündəmdədir. 5-6 nəfər isə ortalığa çaxnaşma salıb. Əsas da elə həmin şəxslərlərə səslənirəm, gəlin dava-şava ilə deyil, xeyriyyə işləri ilə gündəmə gələk”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR