Stas Mixaylova konsertində qiymətli xalça bağışladılar
Bizi izləyin

Magazin1

Stas Mixaylova konsertində qiymətli xalça bağışladılar

Məşhur rusiyalı müğənni, əməkdar artist Stas Mixaylova Bakıda portreti əks olunmuş xalça bağışlayıblar.

Publika.az xəbər verir ki, Rusiyanın əməkdar artisti Stas Mixaylovun ötən gün Heydər Əliyev sarayında keçirdiyi “Ya budu s toboy” adlı solo-konsert proqramı bir çox məqamlarla yadda qalıb. Onlardan ən maraqlısı isə müğənninin Bakıda aldığı növbəti hədiyyə olub. Belə ki, bir heyranı müğənniyə qiymətli xalça hədiyyə edib. Xalça üzərində əks olunan portreti hədiyyənin xüsusi olaraq Stas Mixaylova hazırlandığını göstərib.

Müğənninin Bakıda sevildiyini və gözlənildiyini xanımı sosial şəbəkədə paylaşdığı statuslarında da qeyd edib. Belə ki konsertdən sonra sosial şəbəkədəki hesabından “Bakı, bu cür isti qarşılanmaya görə, təşəkkür edirəm”, - yazan xanımı İnna Mixaylova xalçanın da şəklini paylaşıb.

Xatırladaq ki, dünən o, həyat yoldaşına Bakıda hədiyyə edilən, üzərində “Stas Mixaylov” yazılan armudu stəkanın şəklini paylaşaraq qeyd etmişdi: “Onu burada gözləyiblər!”.

Qeyd edək ki, müğənniyə xalçanı bir neçə yerli serialda aktrisa kimi çəkilən Təranə Əliyeva bağışlayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm