Hacı İsmayılov: “Yolda aktyorlara yaxınlaşıb…”
Bizi izləyin

Magazin1

Hacı İsmayılov: “Yolda aktyorlara yaxınlaşıb…”

Adətən, bir çox xalq artistləri keyfiyyət göstəriciləri onları qane etmədiyi üçün seriallara çəkilməkdən imtina edirdi. Ancaq yeni mövsümdən telekanallarda yayımlanan seriallarda onlardan da rol alanlar var. Bunlardan biri də Hacı İsmayılovdur.

Publika.az-a açıqlama verən aktyor "Xəzər" telekanalında yayımlanan “Həyat, sən nə qəribəsən” və “Bir ailəm var” serialına çəkildiyini və hər iki serialdan məmnun qaldığını dilə gətirib: “Bu gün bir çox seriallarımızda peşəkar aktyorlar çəkilir ki, bu da uğurdan xəbər verir. Elə serial çəkənlər də peşəkarlaşıb. Öz işlərinə məsuliyyətlə yanaşırlar. Seriallarımız artıq tamaşaçı rəğbətini qazanır. Yolda aktyorlara yaxınlaşıb serialdakı qəhrəmanın sonrakı taleyi ilə maraqlanırlar. Bu o, deməkdir ki, seriallarımız tamaşaçı rəğbətini qazana bilib. Mən də gənclərdən ibarət komanda ilə çalışıram və oynadığım rolun seviləcəyinə inanıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm