• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rusiyada Azərbaycan bayrağına hörmətsizlik - FOTOLAR

  • Magazin1
  • 2 Oktyabr 2015 17:45
  • 2 087 Baxış
Rusiyada Azərbaycan bayrağına hörmətsizlik - FOTOLAR

Rusiyada 28 sentybr-1 oktyabr aralığında baş tutan Moskva Beynəlxalq Stomatoloji Forum və Sərgidə Azərbaycan bayrağının rəngləri düzgün əks olunmayıb.

Bu barədə Publika.az-a həmin sərgidə iştirak edən Mülkədar Rüstəmov adlı şəxs məlumat verib. O, yerli stomatoloji şirkətlərdən birində çalışdığını və sərgidə iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya getdiyini bildirib. Sərginin keçirildiyi məkanda Azərbaycanın dövlət bayrağının təhrif olunduğunu görüb: "Bayrağımızın rəngləri dəyişdirilmişdi. Göy rəng yerinə bənövşəyi rəng idi. Səhv haqda ilk olaraq təhlükəsizlik xidmətinin əməkdaşlarını məlumatlandırdım. İradıma fikir verən olmadı. Mübahisələrim heç bir nəticə vermədi. İsrarla təşkilat şöbəsindən bayrağın dəyişdirilməsini tələb etdim. Reklam departamentinə də yaxınlaşdım. Sərginin başlamasından artıq 2 gün keçmişdi, bayraq dəyişdirilməmişdi. Onların bayrağı dəyişdirmək fikri olmadığını görüb hədələməli oldum. Bildirdim ki, əgər bayraq dəyişdirilməsə, səfirliyə müraciət edəcəyəm. Bu isə yaxşı olmayacaq. Bu söhbətdən 1 saat sonra bayrağımız dəyişdirildi”.

İsa Şükürov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR