DSK sədri Elza Seyidcahanın yalanını açdı - 550 imza
Bizi izləyin

Magazin1

DSK sədri Elza Seyidcahanın yalanını açdı - 550 imza

Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini vaxtında Dairə Seçki Komissiyasına təhvil verib.

Publika.az xəbər verir ki, bu açıqlamanı cebhe.info-ya müğənninin özü verib.

O, imzatoplama kampaniyasını çox asanlıqla və qısa müddətdə başa vurduğunu deyib. Ona görə də Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir: “Mən iki gün ərzində 10 050 imza toplamışam. Hesab edirsiniz ki, mən imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil”.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahan seçki qanunvericiliyinə əsasən ərizə ilə müraciət edib:

“Sənədləri yoxlanılıb. Dairə Seçki Komissiyası aidiyyəti üzrə Elza xanıma 11 imza vərəqi təqdim edib. Elza xanım həmin imza vərəqələrini bizdən götürüb və 550 imza ilə birlikdə Dairə Seçki Komissiyasına qaytarıb”.

S.Təhməzov qeyd edib ki, hazırda bəstəkarın imzaları Dairə Seçki Komissiyasının işçi qurupu tərəfindən yoxlanır: “Sənədlərə baxılır. İşçi qrupu sonda nə qərar verəcək, onu deyə bilmərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm